Leyla Əliyevaya `fəxri professor` adı verildi

Leyla Əliyevaya `fəxri professor` adı verildi
  20 May 2016    Oxunub:3913
Heydər Əliyev fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevaya Moskva Dövlət İqtisadi Humanitar Universitetinin "fəxri professor"u adı verilib. “Fəxri professor" diplomunu Leyla Əliyevaya universitetin rektoru Vaqif Bayramov təqdim edib.
Tədbirdə çıxış edən rektor Vaqif Bayramov Leyla Əliyevanın 9 il əvvəl bu universitetin qonağı olduğunu söyləyib: "Ali təhsil ocağının 20 illiyində Leyla xanım Əliyevanın təşəbbüsü ilə kompyuter otağı müasir texnologiyalarla təchiz olunub, linqvistika otağına yeni avadanlıqlar hədiyyə edilib. Universitetdə təhsil alan azərbaycanlı tələbələr Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəal üzvləridi. Tələbələrimiz AMOR-un təşkil etdiyi tədbirlərdə iştirak edirlər".



Leyla Əliyeva isə çıxışında ona göstərilən diqqətə görə təşəkkür edib. O, Moskva Dövlət İqtisadi Humanitar Universitetinin Bakıda filialının açılmasını arzu etdiyini söyləyib.



Tədbirdə Leyla Əliyeva müəllifi olduğu şeirlərdən birini səsləndirib və tələbələrin suallarını cavablandırıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti