40 min insan Mehriban Əliyevanın təşəbbüsü ilə azadlığa çıxıb
YAP-ın İcra katibin müavini qeyd edib ki, bugünki amnistiya aktı bir daha Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın həmin ideyalara sadiqliyinin bariz nümunəsidir:
“Bu qərar Respublika gününə həsr olunub. Əvvəllər 7 amnistiya aktı məhz Heydər Əliyevin prezidentliyi dövründə icra olunub. Buna qədər Heydər Əliyev humanist addımlar ataraq ölüm hökmünü ləğv edib. Baxmayaraq ki, ondan öncə hakimiyyətdə olanlar bir çox insanların gülləlınməsinə qərar vermişdilər. Həmçinin bir dəfə də olsun amnistiya aktı qəbul olunmamışdı. Amnistiya aktının şamil olunduğu insanların əhatə dairəsinə baxdıqda bu qərarın necə də təqdirə layiq hal olduğunu vurğulamaq olar”.
S.Novruzov qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən və bu sonuncu amnistiya aktını da ora əlavə etsək Azərbaycanda 110 000 insan həbsdən azad edilib. Onun 40 000-i Mehriban Əliyevanın təşəbbüsü ilə olub.
Anar Kəlbiyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


