Əli Kərimli Vyanada Sarkisyanın yanında olub?

Əli Kərimli Vyanada Sarkisyanın yanında olub?
  20 May 2016    Oxunub:4929
AXCP sədri Əli Kərimli Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra yenidən “qərəz maşınını” işə salıb. Aprel döyüşlərində sərgilədiyi düşmənsayağı mövqeyə görə etirazlara səbəb olan Kərimli susqunluğunu pozmaq qərarına gəlib.
O, prezidentlərin görüşünü Facebook-da şərh edərək yazıb ki, guya Azərbaycan Avstriyada “atəşkəsi heç vaxt pozmayacağına” dair üzərinə öhdəlik götürüb.

Maraqlıdır, ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan tərəfi, hətta Ermənistan rəsmiləri “atəşkəsi heç vaxt pozmamaq” barədə açıqlama, bəyanat vermədiyi təqdirdə Əli Kərimlidə bu məlumat haradandır?

Vyanada nələrin müzakirə olunduğunun daha dəqiqini orada iştirak edən dövlətlərin rəsmiləri bilir. Biz onların bəyanatlarına və açıqlamalarına istinad edərək görüşdə nələrin müzakirə olunduğunu, hansı məsələlər barədə razılığın əldə olunduğu deyə bilərik. O ki qaldı, iştirak etmədiyimiz, canlı izləmədiyimiz görüş barədə ancaq xülyalara, yaxud ekstrasens hisslərə qapılıb nəsə fikir bildirmək olar - Əli Kərimli kimi...

İndi haqlı olaraq sual olunur ki, ölkədən kənara çıxa bilməyən Kərimli cənablarına bu məlumatı kim və necə ötürüb?

Bəlkə Sarkisyan Əli Kərimliyə zəng vurub, yoxsa mesaj yazıb? Ya da ermən dostları Azərbaycanın aprel döyüşlərində qazandığı üstünlüyə kölgə salmaq üçün ona belə bir təlimat veriblər?

Sözün düzü, hər şey ola bilər. Bu, Əli Kərimlidir, ondan bunu da gözləmək olar.

Təsəvvür edin, Azərbaycan Vyanada Qarabağı qaytarmaq barədə razılıq əldə etsəydi, Əli Kərimli buna da bir mız qoyacaqdı. Mütləq Facebook statusunda yazardı ki, prezidentlərin görüşü niyə Afrika səhralarında, Amazon çöllüyündə deyil, Vyanada keçirildi...

Bu adam üçün kimisə qaralamaq, ləkə yaxmaq, ölkənin nüfuzunu iki paraya satmaq su içmək kimi bir şeydir. Aprel döyüşlərində Azərbaycanı “vurmaq” üçün işğalçıların əlinə “kozr“ verən Kərimli hakimiyyətə gəlsəydi, görün, nələr baş verə bilərdi. Şübhəsiz, Kərimli nəinki Qarabağı, Bakını da, Gəncəni də, digər şəhərləri də düşmənə satardı. Təki pul olsun. Vətən, dövlət, millət anlayışı bu məxluq üçün yaddır. Onun kimliyini xarakterizə etməyə bir o qədər də ehtiyac yoxdur. Hamı kim olduğunu gözəl bilir. Amma bu o demək deyil ki, o ağzına nə gəldi danışmalı, çərənnəməlidir? Əsla.

Sual verə bilərsiniz ki, Vyana görüşünə qərəzli münasibət bildirmək Əli Kərimlinin nəyinə gərək?

Azərbaycan dördgünlük döyüşlərdən sonra Vyanaya qalib tərəf kimi getmişdi. Oyunun qaydalarına görə, görüşdə əsas söz sahibi Azərbaycan tərəfi idi. Görüş baş tutdu və nəticələri Qarabağın sülh yolu ilə həlli üçün mühüm dönüş hesab olunur. Əli Kərimli ölkəmizin bu uğurunu qəbul etməyərək görüş barədə “Azərbaycan heç vaxt atəşkəsi pozmamaq barədə razılıq verib” deyə fikirlər səsləndirməklə Ermənistanın üstün tərəf olduğunu göstərməyə çalışır. Bu cür münasibəti yalnız satqın və xain niskilli insanlar səsləndirə bilər.

Kərimli təkcə qərəzli mövqeyi ilə yox, göydəndüşmə fikirləri ilə təəccüb yarada bilir. Baş açmaq olmur, bu insan erməni Vanqanın yolunu davam etdirir, yoxsa Sarksyanın gözəgörünməz agenti obrazında çıxışı edir?

Bəlkə, Kərimli “müəllim” Vyanda Sarkisyanın yanında olub?

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti