İlham Əliyev Türkiyəyə gedir

İlham Əliyev Türkiyəyə gedir
  20 May 2016    Oxunub:3511
Azərbaycan prezident İlham Əliyev Türkiyəyə səfərə gedəcək.
Səfər 23-24 may tarixlərinə planlaşdırılır. İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar sammitində iştirak edəcək.

Sammitə BMT-nin baş katibi Pan Gi Munla yanaşı dünyanın bir çox nüfuzlu şəxsləri dəvət olunub.

Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri aprelin 13-də olub. Həmin səfər zamanı prezindent İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Gürüşlər zamanı ikitərəfli əməkdaşlıqlar müzakirə olunub. (Ans)


Teqlər:  





Xəbər lenti