Tehranda imzalanan müqaviləni Bakıda təsdiqlədi
1. “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi barədə 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Müqavilənin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Müqavilənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
Bundan başqa İlham Əliyev Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi ilə əlaqədar bəzi fərmanların ləğvi haqda fərman imzalayıb.
Eyni zamanda prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


