Medalını fiziki qüsurlu azarkeşə verdi - Qurbanovdan jest

Medalını fiziki qüsurlu azarkeşə verdi - Qurbanovdan jest
  21 May 2016    Oxunub:2785
Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünə yekun vurulub.
AzVision.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, "Qarabağ" ardıcıl 3-cü dəfə ölkə çempionu adını qazanıb.

Elitanın sonuncu turunda AZAL-la (3:0) keçirilən matçdan sonra ağdamlılara çempionluq kuboku və qızıl medallar təqdim olunub. Bu məqamda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov alqışlanılası addım atıb.

Belə ki, o, qızıl medalı fiziki qüsurlu "Qarabağ" azarkeşi olan Orxan Əliyevə hədiyyə verib.

AzVision.az


Teqlər:





Xəbər lenti