Ötən günün ən yadda qalan xəbərləri

Ötən günün ən yadda qalan xəbərləri
  21 May 2016    Oxunub:2226
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 20-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Azərbaycanda özəl kredit büroları yaradılacaq

“Azərbaycanda özəl kredit bürolarının yaradılması barədə qanun layihəsi hazırlanır”. Bunu Dünya Bankının (DB) Maliyyə Sektoru və Bazarlar üzrə praktika meneceri Rolf Behrndtin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə görüşündə deyib.

***

Kim Çen In insanlara siqareti tərgitdirir

Şimali Koreya lideri Kim Çen In siqaret çəkməyi tərkidib.

***

`Dini ekstremizm böyük təhlükəyə çevrilib` - Mədət Quliyev

May ayının 19-da Minsk şəhərində MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 40-cı yubiley iclası keçirilib.


`Metsamor`un nüvə tullantıları Qarabağda basdırılır - ŞOK FAKTLAR

“Metsamor” AES-dən çıxarılan radiasiya xarakterli nüvə tullantıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazilərində basdırılır.

***

Sərkisyan cinayətkarları həbsxanadan Qarabağa göndərib

Ermənistan prezidenti Serj Sərkisyanın fərmanı ilə 8 cinayətkar əfv olunub və həbsxanadan Qarabağa göndərilib.

***

Baş nazir və Ter-Petrosyan Sarkisyana qarşı birləşir

Ermənistanın baş naziri Ovik Abramyan yayılan xəbərələrə görə, tez-tez ölkənin ilk prezidenti olan Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalif Erməni Milli Konqresinin nümayəndələrini gizli şəkildə hökümətin iclaslarına çağıraraq müəyyən məsələlər üzrə onlarla müzakirələr aparır.

***

Putin və Sarkisyan görüşə bilər

Avrasiya İqtisadi Birliyinin ölkə başçılarının iclası zamanı Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan və Vladimir Putinin görüşəcəyi istisna edilmir.

***

300 Donbass separatçısı Qarabağa göndərilir

300-ə yaxın Donbass separatçısı Qarabağa göndərilmək üçün hazırda Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) bazasında təlim keçir.



Kainat hara qədər genişlənəcək? – ELMİ CAVAB

Bu, müasir kosmologiyanın ən vacib və maraqlı suallarından biridir. Yaxşı, "Böyük Partlama" oldu, hazırda kainat (məkan) getdikcə artan sürətlə genişlənir... Amma hara qədər? Bu genişlənmənin axırı nə olacaq?

***

`Azərbaycan Qarabağı öz xeyrinə həll edəcək` - Emrəni deputat

Qarabağda “qələbə yürüşü” yuxarıdan gələn tapşırıqla dayandırılıb. Bunu “İrs” partiyasının deputatı Zauri Postancyan parlamentdə çıxışı zamanı bildirib.

***

Mehriban Əliyeva: `İnsanların bağışlanmaq hüququ var`

Milli Məclisin plenar iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı çıxış edib.

***

Qarabağa sühlməramlılar yerləşdirilə bilər

“Əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmaması haqqında fundamental ideyanın dəstəklənməsidir. Bu ideya bəzən ritorik, bəzən isə təcrübədə şübhə altına alınır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV Departamentinin direktoru Aleksey Pavlovskiy deyib.

***

`Sarkisyan Qarabağı qaytarmağa hazırdır`

Ermənistan və “DQR”-in təhlükəsizliyi üçün ən böyük təhlükə torpaqları təslim etməyə hazır olan prezident Serj Sarkisyandır. Bu barədə parlamentdə çıxışı zamanı “İrs” partiyasının deputatı Zauri Postancyandır.



Azərbaycanda irimiqyaslı təlim keçirildi - FOTOLAR

2016-cı ilin döyüş hazırlığı proqramına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə mayın 17-dən 19-dək “Ağgöl” səhra təlim mərkəzində “Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq hücuma keçmiş düşmən qüvvələrinin hücumunun qarşısının alınması, əks həmlədən hücuma keçərək düşmən qüvvələrinin məhv edilməsi və dövlət sərhədinin bərpa edilməsi” mövzusunda irimiqyaslı taktiki təlimlər keçirilib.

***

Medvedyev İrəvanda Qarabağdan danışdı: `Köməyə hazırıq`

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etməyə həmişə hazırdır. Ona görə də sizin Azərbaycan prezidenti İlham Əliyevlə görüşünüzü alqışlayırıq”. Bunu Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib.

***

`Hökumət qənaət rejiminə keçib` - Samir Şərifov

“Ötən ildə dünya üzrə iqtisadi artım göstriciləri pisləşməyə doğru inkişaf edib”. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.

***

`Sarkisyan Qarabağ döyüşünü uduzur` - Rusiyalı politoloq

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ və Rusiyanın fərqli məqsədi var. Bunu Rusiya Strateji İnkişafın Modelləşməsi Mərkəzinin birinci vitse-prezidenti, politoloq Qriqoriy Trofimçuk Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən deyib.



Sarkisyandan Rusiyaya böyük hörmətsizlik - FOTO (VİDEO)

Rusiyanın baş naziri Dmitri Medvedyev Ermənistana rəsmi səfər edib. Səfər zamanı baş nazir prezident Serj Sarkisyanla görüşüb.

***

`Büdcəyə yenidən baxılmayacaq` - Nazirdən açıqlama

“Dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac görümürük”. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

***

`Bank sistemində vəziyyət ağırdır` - Deputat

“2015-ci ildə dövlət büdcəsində qənaet rejiminə əməl olunsa da, sosial layihələrə ayrılan vəsait 100 faiz yerinə yetirilib. Bu önəmli məsələdir”. Bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin iclasında deyib.

***

Sarkisyan Qarabağ üçün `Cinayətkarlar ordusu` yaradır

Ermənistanın “Johovurd” qəzetinin yaydığı xəbərə görə, İrəvandakı “Vardaşen” həbsxanasının 40-a yaxın məhbusu Serj Sərkisyana müraciət edərək əfv olunmalarını xahiş edib və azadlığa buraxılacaqları halda Qarabağda hərbi xidmətə gedəcəklərini bildirib.

***

Türkiyədə deputat toxunulmazlığı ləğv edildi

Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların toxunulmazlığının ləğv edilməsi layihəsi qəbul edilib.

***

Yavər Camalov: `Azərbaycan yeni nəsil PUA-lar istehsal edəcək`

`Azərbaycan yeni nəsil PUA-lar istehsal edəcək`. Bunu Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov deyib.

***

``Metsamor` AES radiasiya qəzasına səbəb ola bilər` - Ekspert

"Metsamor" atom elektrik stansiyası təkcə Qafqaz regionu deyil, həm də Ermənistanın özü üçün böyük təhlükədir.

***

Co Bayden Əliyev və Sarkisyana zəng etdi

Mayın 20-də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti