Arda `Barselona`dan gedir

Arda `Barselona`dan gedir
  21 May 2016    Oxunub:4588
İspaniyanın “Barselona” klubu Arda Turanı satmağa hazırdır.

AzVision.az-ın xəbərinə görə, belə bir iddianı İngiltərənin “Daily Mail” nəşri irəli sürüb.

“Komandaya uyğunlaşa bilməyən Ardanı Katalon klubu gözdən çıxarıb və gələcək təklifləri dəyərləndirməyə hazırdır”, - nəşr yazıb.

Qeyd edək ki, İspaniya “La Liqa”sında meydana çıxdığı 25 matçda 2 qol və 4 asist edən Arda ilə Çin və Ərəb klubları ilə yanaşı İngiltərənin “Arsenal” və “Mançestr Yunayted” klubları da maraqlanır.

Xatırladaq ki, “Barselona” mövsümün əvvəlində Ardanın transferi üçün “Atletiko Madrid”ə 40 milyon avro ödəyib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti