"Ermənistanın yürütdüyü təcavüzkar siyasət Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Beynəlxalq qurumlar və ictimaiyyət ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nəhayət ki, mütləq surətdə səylərini artırmalıdırlar", - deyə nazir bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb.
Sülhməramlı əməliyyatlara verdiyi töhfəyə, Əfqanıstandakı missiyanın peşəkar səviyyədə icra olunmasına görə Azərbaycana dərin minnətdarlığını ifadə edən A. Fotıqa ölkəmizin terrorizmə qarşı mübarizədə fəallığını da yüksək qiymətləndirib.
Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə Azərbaycanın önəm verdiyini vurğulayan qonaq ölkəmizin ciddi və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


