Qazaxıstandan Azərbaycana Qarabağ dəstəyi

Qazaxıstandan Azərbaycana Qarabağ dəstəyi
  21 May 2016    Oxunub:4061
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qazaxıstan Parlamenti Məclisinin sədri Baktıkoja İzmuxambetov ilə görüşüb.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, görüş ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının 44-cü plenar iclası çərçivəsində baş tutub.

Görüşdə iki ölkə parlamentlərinin MDB Parlamentlərarası Assambleyası, TürkPA və digər beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyəti müzakirə olunub, Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. O. Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar barədə məlumat verib, Azərbaycanın bu münaqişədə ədalətli mövqeyini dəstəklədiyinə görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.

B. İzmuxambetov Qazaxıstanın bütün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti