ANAMA 17 partlayış yerini yoxlayıb

ANAMA 17 partlayış yerini yoxlayıb
  22 May 2016    Oxunub:1243
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 21-də iki ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 17 partlayış yerinə baxış keçirilib. Gün ərzində 16 min 613 kvadratmetr ərazi minalardan təmizlənib.
Bu barədə ANAMA-nın mayın 21-də Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında yaydığı hesabatında qeyd edilir.

ANAMA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tərtər rayonunun Cəmilli, Ağcabədi rayonunun Hacılar, Füzuli rayonunun Şükürbəyli kəndlərində evlərə və həyətyanı sahələr, partlayış yerlərinə baxış keçirilib, ümumilikdə 16 min 613 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən mayın 21-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 502 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 14 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1449 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:






Xəbər lenti