Arif Hacılı hardadır?

Arif Hacılı hardadır?
  25 İyul 2013    Oxunub:1360
Son günlər Müsavat Partiyası ilə Rəsul Quliyev arasında başlayan söz savaşı davam edir.

Müsavat Partiyası başqanının müavini Arif Hacılı eks-spiker Rəsul Quliyevi satqın, vaxtilə ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam kimi qələmə verib.

Rəsul Quliyev də öz növbəsində bu ittihamları cavabsız qoymadı:

“Bu adam Molla Nəsrəddin kimi eyni daşı uşaq vaxtı qaldıra bilmədiyi kimi, indi də qaldıra bilmir, yəni dəyişməyib, bütün elementləri ilə gənc qalıb. Birinci qeyd edim ki, bu şəxslə mən bir neçə dəfə Bakıda Nazirlər Kabinetində işləyəndə və ABŞ-da kimlərinsə iştirakı ilə görüşmüşəm. Heç vaxt ona ciddi bir adam kimi baxmamışam, o da özünü pioner kimi aparıb”.

R.Quliyevin sözlərinə görə, Arif Hacılı və onunla əlbir olanlar vaxtilə onu həbs etmək istəyiblər: “Kiçik bir Yun zavodunun direktorunu həbs edə bilməyənlər məni həbs edəcəkdilər, gülməli deyilmi?..”

Eks-spikerin dediklərinə münasibət öyrənmək üçün Müsavat Partiyası başqanının müavini Arif Hacılı ilə əlaqə saxladıq.

Lakin Müsavat rəsmisi ölkədə olmadığını, məsələyə münasibət bildirə bilməyəcəyini bildirdi.
Harada olduğunu soruşduqda isə sualımız cavab verməkdən imtina etdi.

Mirvari





Teqlər:  





Xəbər lenti