Tomas De Vaal: “Xocalıdan siyasi məqsədlə istifadə olunur”

Tomas De Vaal: “Xocalıdan siyasi məqsədlə istifadə olunur”
  23 Fevral 2013    Oxunub:1755
“Hazırda vəziyyət o qədər pisdir ki, hansısa pozitiv inkişaf gözləmək real deyil. Əksinə, Xocalı aeroportunun açılması cəhdi ilə əlaqədar münaqişənin yenidən alovlanması təhlükəsi var”.
Bunu Karnegi Fondunun Qafqaz üzrə tanınmış eksperti Tomas De Vaal mətbuata müsahibəsində deyib.

O, Ermənistanda keçirilən seçkilərə münasibət bildirərək deyib ki, seçkilərin Dağlıq Qarabağla bağlı vəziyyətə hansısa təsir göstərəcəyini düşünmür: “Serj Sarkisyan ikinci prezidentlik müddətində bəlkə daha cəsarətli ola bilər, lakin hazırda vəziyyət o qədər pisdir ki, hansısa pozitiv inkişaf gözləmək real deyil. Əksinə, Xocalı aeroportunun açılması cəhdi ilə əlaqədar münaqişənin yenidən alovlanması təhlükəsi var”.

Xocalı soyqırımı barədə danışan Tomas De Vaal bu faciəni Qarabağ müharibəsindəki ən ağır cinayət adlandırıb. “Lakin bu, yeganə belə hal deyildi. Ədalət naminə bu münaqişə zamanı dinc sakinlərin öldürülməsi ilə nəticələnmiş bütün hadisələri araşdırmaq lazımdır. Ədalətin təmin olunmasında seçici davranmaq doğru deyil. Xocalı və ya Sumqayıt kimi dəhşətli epizodların qurbanlarının xatirəsinin yad edilməsi və onlardan siyasi məqsədlərlə istifadə olunması arasında balans tapmaq çox çətindir. Təəssüf ki, mən bu faciəvi epizodlardan siyasi haqq-hesab, qarşı tərəfə nifrətin qızışdırılması və qisas məqsədilə istifadə olunduğunu tez-tez görürəm. Mənim fikrimcə, bu yol heç yerə aparmır”, - deyərək De Vaal səhvə yol verib.



Teqlər:





Xəbər lenti