Azərbaycanın gələcəyi üçün böyük addımlar

Azərbaycanın gələcəyi üçün  böyük addımlar
  25 İyul 2013    Oxunub:1210
Bu gün Strateji Araşdırmalar Mərkəzinin 6 aylıq fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda SAM-ın direktoru Fərhad Məmmədov mərkəzin fəaliyyəti barədə hesabat verib.

F.Məmmədovun sözlərinə görə, SAM-ın elmi-təşkilatçılıq fəaliyyəti 2013-ci ilin yanvar-iyun aylarında Mərkəzin elmi-təşkilati işlərinin planına uyğun olaraq SAM tərəfindən Azərbaycanda və xaricdə iyirmi müxtəlif tədbir təşkil edilib.

Onlardan 16 tədbir Azərbaycanda, dörd tədbir isə xaricdə keçirilib. “Azərbaycanda keçirilən on altı tədbir arasında iki kitab təqdimatını (Fərhad Məmmədovun redaktorluğu ilə Çin Azərbaycanlıların gözü ilə mövzusunda çap edilmiş məqalələr toplusunun və Karlo Frappi və Gülşən Paşayevanın redaktorluğu ilə The EU Eastern Partnership: Common Framework or Wider Opportunity mövzusunda İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (İSPİ) və SAM-ın birgə nəşrinin təqdimatları); Kanadanın Toronto və ABŞ-ın Con Hopkins Universitetlərindən gəlmiş tələbələr üçün təşkil edilmiş iki seminarı, Azərbaycanda akkreditə edilmiş səfirlərlə görüşlər çərçivəsində keçirilmiş iki mühazirəni (İsrailin səfiri Rafael Harpazın və Çin Xalq Respublikasının səfiri Honq Tiuyinin mühazirələri), bir xarici ekspert təqdimatını (Türkiyənin Kadir Has Universitetinin Beynəlxalq və Avropa Araşdırmaları Mərkəzinin tədqiqatçısı Yevqeniy Koqanın təqdimatı), iki dəyirmi masanı (SAM və Qazaxıstan Respublikasının Prezidenti yanında Qazax Strateji Araşdırmalar İnstitutunun (KİSİ) birgə tərəfdaşlığı ilə İqtisadi əməkdaşlıq və Xəzər regionunda tranzit marşrutları mövzusunda dəyirmi masa, HASEN ekspertlər heyəti ilə birlikdə Türkiyənin iqtisadi və siyasi inkişaf:perspektivləri, problemləri və Azərbaycana təsiri mövzusunda dəyirmi masa), üç beynəlxalq konfransı (SAM və NATO-nun Azərbaycan üzrə əlaqələndiricisi funksiyasını həyata keçirən Rumıniyanın Azərbaycandakı səfirliyi ilə birgə Cənubi Qafqaz və onun ətrafında geosiyasi vəziyyətin formalaşmasında NATO-nun rolu, SAM və Avropa Siyasət Mərkəzi ilə birgə Avropa İttifaqı – Azərbaycan. Təhlükəsizlik və İnteqrasiya, SAM və Konrad Adenauer Fondu ilə birgə Xəzər regionunda əməkdaşlıq: Milli perspektivlər və ümumi çağırışlar mövzularında təşkil edilmiş beynəlxalq konfranslar) misal gətirmək olar.

SAM həmçinin hesabat müddətində 2 ümumrespublika konfransı və iki beynəlxalq forum da təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və "Azərbaycan" qəzetinin birgə əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Bakıda keçirilmiş iki ümumrespublika konfranslarında Azərbaycanın dövlətçiliyinin yaranması və ölkənin davamlı inkişaf yoluna çıxarılmasını təmin edən siyasi kurs, neft strategiyası, aqrar sahədə dövlət siyasəti, Azərbaycanın sığorta-pensiya sistemi, neft gəlirlərinin modernləşdirmə prosesi və insan kapitalının inkişafında rolu, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması və s. kimi mövzular ətrafında çıxış edən natiqlər Azərbaycan dövlətçiliyinin tarixində əvəzsiz xidmətlər göstərmiş Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd ediblər.

SAM-ın direktoru 2013-cü ilin 17-18 may tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən Şərq-Qərb strateji körpüsü: QDƏT regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya mövzusunda Qara Dəniz Əməkdaşlıq Təşkilatına (QDƏT) üzv dövlətlərin beyin mərkəzlərinin beynəlxalq forumu təşkil edildiyini bildirib.

Onun sözlərinə görə, 11 dövlətdən 20-yə yaxın beyin mərkəzlərinin nümayəndəsinin qatıldığı bu forumda Qara Dəniz regionunda iqtisadi, siyasi, enerji, təhlükəsizlik, münaqişələr, nəqliyyat, ictimai diplomatiya və kimliklərin formalaşması kimi mövzular ətrafında müzakirələr aparılıb.

Forumun yekununda iştirakçılar tərəfindən bu tipli forumların davamlı şəkildə keçirilməsinin əhəmiyyəti vurğulanıb və qeyd edilib ki, formalaşmaqda olan Qara Dəniz Əməkdaşlıq regionu üçün region daxili ünsiyyət və əlaqələrin genişləndirilməsi olduqca aktualdır.

Bakı Gələcək Forumu adlanan daha bir beynəlxalq forum isə iyunun 3-də Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı adlanan bu foruma 28 ölkədən, o cümlədən ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Çernoqoriya, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Çin, İsrail, Türkiyə, İran, Misir, Keniya, CAR 38 ekspert qatılıblar.

Forumda NASA, ABŞ Milli Elm Fondu, Google, Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutu və s. qurumların təmsilçiləri ilə yanaşı bir sıra rəsmi nümayəndələr də, o cümlədən Çernoqoriyanın Elm və Texnologiyalar naziri və s. iştirak edib.

Həmçinin, SAM və Avropa Siyasət Mərkəzi ilə birgə Azərbaycan və Avropa İttifaqı. İrəliyə aparan yol mövzusunda beynəlxalq konfrans; SAM, AMEA-nın Tarix İnstitutu, ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu və ABŞ-ın Yuta Universitetini birgə təşkilatçılığı ilə Qafqaz və imperiyanın qürubu: millətçilik, etnoslar və milli quruculuq mövzusunda beynəlxalq konfrans) misal gətirmək olar.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi eləcə də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Energy Stream şirkəti, Yunanıstanın Enerji Nazirliyi ilə birgə Afinada keçirilmiş IV Aralıq dənizi Neft-Qaz konfransının akademik tərəfdaşı olub”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti