FHN iflic olan şəxsi xilas edib

FHN iflic olan şəxsi xilas edib
  23 May 2016    Oxunub:2635
Paytaxtın Nəsimi rayonunda yaşayış evinin çardağında iflic olan şəxs xilas edilib.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda yaşayış evin çardağında iflic olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı çardaqdan düşürərək aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 00:34-də başa çatıb.

AzVision.az


Teqlər:






Xəbər lenti