Rayonlara güclü yağış yağacaq

Rayonlara güclü yağış yağacaq
  23 May 2016    Oxunub:1547
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən məlumata görə, paytaxt və yarımadada səhər zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 24-də hava şəraiti gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacagı gözlənilir. Ayrı-ayrı yerlədə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlədə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  






Xəbər lenti