Bakıya gətirilən cəsəd itkin düşən neftçiyə aid deyil

Bakıya gətirilən cəsəd itkin düşən neftçiyə aid deyil
  23 May 2016    Oxunub:2815
Aprelin 18-də Türkmənistan sahillərində tapılan və aprelin 22-də təyyarə ilə Bakıya gətirilən insan qalıqlarının itkin düşən azərbaycanlı neftçiyə aid olmadığı müəyyənləşib.
“Azneft” İstehsalat Birliyidən (İB) AzVision.az-a verilən məlumata görə, itkin düşən neftçilərin hər birinin ailə üzvlərindən DNK nümunəsi götürülüb və tapılan insan qalıqları ilə qarşılaşdırılıb.

Qeyd olunub ki, tapılan insan qalığı heç bir DNK ilə uyğun gəlməyib. Tapılan meyit neftçilərdən heç birinin ailəsinə aid deyil.

Xatırladaq ki, “Günəşli” yatağında baş verən faciədən indiyə kimi 19 neftçi itkin düşüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti