Milli Məclisin növbədənkənar iclası keçirilə bilər

Milli Məclisin növbədənkənar iclası keçirilə bilər
  23 May 2016    Oxunub:2568
Xəbər verdiyimiz kimi, mayın 31-də Milli Məclisin son iclası keçiriləcək. Parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclas çağrıla bilər.
AzVision.az-ın məlumatına görə, parlamentin bir qrup deputatı növbədənkənar sessiyasının çağırılması üçün Milli Məclis rəhbərliyinə müraciət edib.

Növbədənkənar sessiyada parlamentin bir iclasının keçirilməsi gözlənilir.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti