Mayın sonundan kondisionerlər qoşulacaq

Mayın sonundan kondisionerlər qoşulacaq
  23 May 2016    Oxunub:1339
“BakuBus” avtobusları yay rejiminə keçmədiyi üçün hələ ki, kondisionerlər fasilələrlə qoşulur.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı sərnişinlər tərəfindən şirkətə xeyli müraciət daxil olub:

“Son günlər ictimai nəqliyyatdan istifadə edən sərnişinlər tərəfindən ən çox müraciət olunan məsələ "BakuBus"-a məxsus avtobusların salonunda kondisionerlərin daimi qoşulmamasıdır. Məlumat üçün qeyd edim ki, tam yay rejiminə keçid mayın 28-dən nəzərdə tutulub. Bu tarixə qədər günün pik saatlarında, sərnişinlər bilavasitə sürücüyə müraciət edərlərsə, kondisionerlər qoşulur. Daimi rejimdə fəaliyyətə isə mayın sonundan keçiləcək”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti