Əhaliyə facebook dərsi keçiriləcək

Əhaliyə facebook dərsi keçiriləcək
  25 İyul 2013    Oxunub:1045
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMS) bu gün “Xətdə ol” sosial şəbəkə akademiyasının hesabat konfransını keçirib.

AzVision.az xəbər verir ki, ARGTMŞ sədri Şahin Seyidzadə konfransı açıq elan edib və layihə haqqında məlumat verib. Onun sözlərinə görə, layihənin ölkədəki 8 iqtisadi rayona daxil olan 24 şəhərdə 1050 gəncin iştirakı ilə 38-i keçirilib:

“Layihə çərçivəsində Azərbaycanda "facebook", "twitter", "youtube", "bloq" mövzuları üzrə 4 nəfərdən ibarət ekspert komandası formalaşıb, sosial şəbəkələrlə bağlı Azərbaycan dilində təlim-tədris modulu yaradılıb. Azərbaycanda ilk dəfə olaraq azərbaycan dilində facebook və twitter şəbəkələri üzrə 8 videoçarx hazırlanıb”.

Konfransda adı çəkilən videoçarxlardan biri iştirakçılara təqdim olunub. Şuranın baş katibi Seymur Hüseynov layihə barədə çıxış edib və vurğulayıb ki, həmin videoçarxların hər biri Azərbaycan dilində hazırlanıb:

“Bu layihə imkan verir ki, gənclər sosial şəbəkələrin imkanlarından yararlansın”,deyə o əlavə edib.

Qeyd edək ki, konfransda 6ay ərzində layihə çərçivəsində görülən işləri özündə əks etdirən videoçarx təqdim olunub və konfransın rəsmi qonaqları çıxış edib.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti