`Metsamor` təhlükəsi, ermənilərin gözlənilməz etirafları

`Metsamor` təhlükəsi, ermənilərin gözlənilməz etirafları
  24 May 2016    Oxunub:3198
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 23-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Bakıda məktəb yandı -FOTOLAR

Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə partlayış baş verib.

***

`Azərbaycan qazı Xəzərdən Avropaya çatdıran yeganə ölkədir` - VİDEO

Azərbaycan Xəzər regionunun simvoluna çevrilib. Bu sözləri energetika naziri Natiq Əliyev TAP-ın bu həftə baş tutan təməlqoyma mərasimindən danışarkən deyib.

***

`Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz` - Yunan nazir

`Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər`. Bunu Yunanıstanın milli müdafiə naziri Panos Kammenos Afinada Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşü zamanı bildirib.

***

`Biz o torpaqları istəmirik...` - Erməni deputat

“Sakitcə yerlərində əyləşib, yeni gərginliyin yaranmasına səbəbkar olmasınlar. Yaxşı olar ki, onlar cəbhədə öldürülən şəxslərin ailələrinə yardım etsinlər. İtkilərin çoxalması istiqamətində atılacaq addım barədə heç kim düşünməsin”. Bunu Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan “Şuşa” batalyonunun komandiri Jirayr Sefilyanın “800 hektar ərazini geri almağa hazırıq” bəyanatına münasibət bildirərkən deyib.

***

Erməni politoloq: `Sarkisyan Qarabağı qaytarmağa hazırlaşır`

“2005-ci ildə Serj Sarkisyanın “Ağdam bizim torpaqdır ki?” çıxışı əhali arasında çaşqınlıq yaratdı. Lakin bundan daha pis vəziyyət aprel hadisələri oldu. Sarkisyan 800 hektar ərazinin itirdiyini etiraf etdi. Bəziləri düşünürdü ki, bundan sonra cəmiyyətdə ciddi müzakirələr gedəcək, hətta nümayişlər olacaq. Lakin bu baş vermədi”.

***

Ermənistanın 5 milyard dollardan çox borcu var

Ermənistan mətbuatının yaydığı məlumata görə, ölkənin dövlət borcu 5,079 milyard dollardan təşkil edir. Bunu Ermənistanın maliyyə nazirinin müavini Atom Cancuqacyazn bildirib.

***

`Hamı bu daşın altına əlini qoymalıdır` - Ərdoğan

“Dünya birliyi silahlı münaqişələrin yaranmasının qarşısını almalıdır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən birinci Dünya Humanitar sammitinin açılış mərasimində bildirib.



“Metsamor” region üçün böyük təhlükədir - İlham Əliyev (VİDEO)

“Azərbaycanın 20 faiz torpağı erməni işğalçıları tərəfindən işğal olunub. İşğal nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün var”. Bunu prezident İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı bildirib.

***

ABŞ və Çin ticarət müharibəsinə başladı

ABŞ-ın Çin polad məhsullarına idxal rüsumlarını kəskin artırmasından sonra Çinin buna cavab verəcəyi gözlənilir.

***

Bakıda məşhur şirkətin direktoru intihar etdi

Bakıda intihar hadisəsi qeydə alınıb.

***

Poroşenko Əliyevlə Bakı səfərini müzakirə etdi

Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Puoytr Poroşenko ilə görüşüb.

***

“Status-kvo” hərbi toqquşmalara gətirib çıxara bilər – Məmmədyarov

“Cəhbə xəttində baş vermiş son gərginlik həyəcan təbili çaldı ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı “status-kvo” zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər. Hər bir kəs qəbul edir ki, “status kvo” etibarsız, davamsız və qəbuledilməzdir. Hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

***

Aprel döyüşlərində qaçan erməni polkovnik ordudan qovuldu

“DQR”-in Ağdərədə dislokasiya olunmuş Madagis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib.



`Sovetski`dəki tarixi obyektlər söküləcək - SİYAHI

Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.

***

Sarkisyan daha bir generalı işdən qovdu

Ermənistan ordusunun daha bir generalı işdən çıxarılıb.

***

`Metsamorun bağlanması üçün Yerevana təzyiq edilməlidir` - Gürcüstanlı deputat

`Ermənistan Cənubi Qafqaz regionunda yeganə radioaktiv təhlükə mənbəyidir. Dünya birliyi Ermənistanın regiondakı pozucu mövqeyini bir daha diqqətlə təhlil etməli, Metsamor AES-in bağlanması ilə bağlı bu ölkəyə ciddi təzyiq göstərməlidir`. Bu sözləri Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev mayın 23-də Tbilisidə keçirdiyi mətbuat konfransında söyləyib.

***

Ermənilər Ağdamda yanğın törətdilər - FOTO

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yanğın törədiblər.

***

Azərbaycanda hamilə gəlinin film kimi cinayəti

Lənkəranda bir neçə gün əvvəl evlərindən oğurluq edildiyi deyilən hamilə gəlin itkin düşüb.

***

ATƏT PA-nın Qarabağla bağlı mövqeyi

ATƏT Parlament Assambleyası Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ görmür.




Ağdama güclü dolu yağdı - FOTOLAR

Mayın 23-də axşamüstü Ağdam rayonuna yağan güclü dolu Qaradağlı, Əfətli, Zəngişalı, Çəmənli, Qərvənd inzibati ərazi dairələrinin kəndlərində bir sıra fəsadlar törədib.

***

`İtirdiyimiz 800 hektar ərazini unutmayacağıq` - Ohanyan

Aprel ayının əvvəlində cəbhədə baş verən döyüşlərdə Ermənistan ordusunun itirdiyi 800 hektar ərazi danışıqlar predmetinə çevrilə bilər. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında deyib.

***

`Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır` - Oljas Süleymenov

Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) ilk növbədə erməni xalqının həyatı və qonşu dövlətlərin əhalisi üçün ciddi təhlükə mənbəyidir. Ona görə də Ermənistan enerji əldə etmək üçün daha mütərəqqi vasitələrə müraciət etməli və yubanmadan bu atom elektrik stansiyasının istismarını dayandırmalıdır. Bu fikirləri görkəmli yazıçı və ictimai xadim, dünya miqyasında antinüvə hərəkatının öncüllərindən biri Oljas Süleymenov söyləyib.

***

İrəvan Vyana görüşünün mahiyyətini təhrif edir - XİN

“Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündən sonra Ermənistan rəhbərliyi və xarici işlər naziri elementar diplomatik etikaya sığmayan şəkildə görüşün mahiyyətini təhrif etməyə yönəlmiş söz yarışındadır”. Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın “Azadlıq” radiosuna müsahibəsini şərh edərkən deyib.



Prezident və xanımı Ərdoğanın verdiyi ziyafətdə - FOTO

Mayın 23-də İstanbulun Dolmabağça sarayında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Dünya Humanitar Sammitində iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə ziyafət verilib.

***

`Azərbaycan bizim üçün əhəmiyyətlidir` - Rusiya XİN

Azərbaycan regionda Rusiya üçün olduqca əhəmiyyətli oyunçudur. Bu barədə mayın 23-də Rusiya-Azərbaycan işgüzar Şurasının iclasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Trofimov deyib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti