“Forbes” prezidenti mavi elan etdi

“Forbes” prezidenti mavi elan etdi
  25 İyul 2013    Oxunub:1076
“Forbes” jurnalı İrlandiya prezidenti Maykl Higginsi mavi elan etdiyi üçün ondan üzr istəməli olub.
AzVision.az məlumat verir ki, jurnal müəllifləri İrlandiya prezidentini də seksual azlıqların sırasına daxil edib.

“Forbes” ingilis dilli versiyasında Higginsi homoseksual adlandırıb. Səhvini başa düşdükdən sonra jurnalın redaksiyası oxuculardan və prezidentdən üzr istəyib. Dörd uşaq atası olan Higgins bu məsələyə heç bir reaksiya verməyib.

Qeyd edək, Higgins seksual azlıqların hüquqlarını həmişə müdafiə edib. Lakin o heç vaxt özünü mavi adlandırmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti