Kollec diplomu ilə müəllim işləmək mümkün olmayacaq

Kollec diplomu ilə müəllim işləmək mümkün olmayacaq
  25 İyul 2013    Oxunub:4439
Yeni tədris ədəbiyyatına ehtiyacı olan universitetlər Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd olunub. Vətəndaşların sualını cavablandıran nazirlik, bildirib ki, hazırda kollec diplomu ilə müəllim işləmək sahəsində problem yoxdur. Lakin gələcəkdə tələblər dəyişəcək, buna görə də ali təhsil almaq məqsədəmüvafiqdir.

Vətəndaşın bağça və məktəblərdə psixoloji xidmətin səviyyəsini yüksəltmək üçün hansı planlar var sualını cavablandıran Təhsil Nazirliyi qeyd edib ki, nazirlik aidiyyatı təşkilatlarla birlikdə psixoloji xidmət haqqında əsasnamənin hazırlanması üzərində iş aparır. İnstitusional xarakterli və digər bu kimi məsələlərə əsasnamənin təsdiqindən sonra baxılacaq.

Eyni zamanda nazirlik ali təhsil müəssisələrində tədris ədəbiyyatının yenilənməsi ilə bağlı suala aydınlıq gətirib. Bildirilir ki, yeni tədris ədəbiyyatına ehtiyacı olan universitetlər müəyyənləşdirir və onların yazılmasını və ya tərcümə olunmasını planlaşdırıb mərhələli surətdə həyata keçirirlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti