ATƏT PA-nın sessiyasında Qarabağ müzakirə olunacaq

ATƏT PA-nın sessiyasında Qarabağ müzakirə olunacaq
  25 May 2016    Oxunub:1637
“İyul ayında Tiflisdə baş tutacaq ATƏT Parlament Assambleyasının illik ssesiyasında əsas müzakirə mövzumuz Dağlıq Qarabağ münaqişəsi olacaq”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları komitəsini sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri ATƏT səfərindən danışaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi qurumun illik ssesiyasında ciddi müzakirə olunacaq: “Aprel hadisələrindən sonra Dağlıq Qarabağ məsələsi bir çox müstəvidə dünya gündəmini zəbt etdi. Bu gün artıq beynəlxaq təşkilatların heç bir rəsmisi bu məsləyə münasibət bildirmədən yan keçə bilmir. ATƏT PA-nın bu dəfəki illik ssesiyasında qurumun Dağlıq Qarabağ münaqişəsindəki rolunu artırmaq , münaqişənin həlli üçün atəşkəsin əldə olunmasının bir mexanizm olması haqqında həm onlarn fikirlərini öyrənəcəyik, həm də öz mövqeyimizi bildirəcəyik”.

B.Muradova hazırki atəşkəsin məsələnin həllinə yönəlməli olduğunu qeyd edib:“Hazırda əldə edilmiş atəşkəs status-kvonun saxlanılmasına, məsələnin uzadılmasna yox, həll edilməsinə yönəlməlidir. Ona görə də ATƏT məsələnin bu tərəflərini dəyərlədirməli və bu istiqmaıtdə ciddi töhfə verməlidir. Bu, bizim birmənalı tələbimiz və mövqeyimizdir”.

Daha sonra komitə sədri Qazaxıstan səfərindən danışaraq bildirib ki, bu konfransda əsas mövzu dinlərin terrozimə qarşı mübarizisi olacaq: “Qazaxıstana dəvət edildiyim beynəlxaq konfrans ölkə senatı sədrinin təşəbüssü ilə “Dinlər terrorizmə qarşı” mövzusunda keçiriləcək. Bu mövzuda konfransda istər dini, istərsə dini-etnik zəmində və ərazi iddiları kontekstində olan fikirlərimzi bildirəcəyik. Konfrans iştirakçılarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə çəkəcəyik. Əlbəttə, mən də bir Azərbaycan təmsilçisi kimi Qazaxsıtanda baş tutacaq konfransda iştirakçıların diqqətini Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini və Dağlıq Qarabağ münaqişəsinə çəkəcəyəm”-deyə B.Muradova vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti