`Belə `çörəkpulu` qazanmaq düzgün deyil`- DYP polkovniki
“Çalışırıq ki, vətəndaşların narazılığına səbəb olan hallar baş verməsin”,-deyə şöbə rəisi vurğulayıb. V.Əsədov qeyd edib ki, həmin ərazidə fəaliyyət göstərən taksi sürücüləri ilə bağlı onlara xeyli şikayət daxil olub.
“Bildirmək istərdim ki, heç bir halda qeyri-qanuni fəaliyyət göstərmək olmaz. Taksi sürücülərinin əksəriyyəti bildirir ki, biz buradan “çörək pulu” qazanırıq. Amma “çörəkpulu” qazanmaq üçün başqasının da yolunu kəsmək düzgün deyil. Belə ki, “çörəkpulu” qazanmaq da qanunla tənzimlənməlidir. Onlar kiminsə yolunu kəsməklə, yolun hərəkət hissəsində durmaqla, hay-küy salmaqla ətrafda yaşayan sakinlərin narahatçılığına səbəb olurlar. Bütün hərəkətlər qanunla tənzimlənir”,-deyə V.Əsədov vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


