10 nəfər İlhamə Quliyevanın mirasını ələ keçirmək istəyir

10 nəfər İlhamə Quliyevanın mirasını ələ keçirmək istəyir
  26 May 2016    Oxunub:4226
“İlhamə Quliyevanın mirası üstündə 10 nəfər mübarizə aparır”.
Bunu AzVision.az-a mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun vəkili Habil Vəliyev deyib.

Onun sözlərinə görə, tanınmayan adamlar, İlhamə Quliyevanın yaxınına belə buraxmadığı şəxslər Xalq artistinin mirasına sahiblənmək istəyir.

“Mirasa elə namizədlər var ki, onları heç vaxt görüməmişəm. İllərdir mən bu ailə ilə çalışıram. Onları bir dəfə olsun İlhamə xanımın yanında görməmişəm. Bu adamların mirasa hüquqları çatmır. Hamı bilir ki, onun oğlu var. Miras qanunla Orxan Nadirova qalmalıdır.

İndi tanımadığımız insanlar mirasa görə peyda olublar. Hamı nəsə əldə etmək istəyir. Bu insanlar sağlığında İlhamə xanımın yanında olmayıblar, nə haqda mirasa iddiaçı olurlar?Biz görmüşük ki, rəhmətə gedən insanın arxasınca göz yaşı tökərlər, miras uğrunda mübarizə aparmazlar”-deyə Habil Vəliyev bildirib.

Qeyd edək ki, bu ilin fevralın 25-də yaşadığı mənzildə qəflətən dünyasını dəyişən xalq artisti İlhamə Quliyevadan şəhərdə 4 ev, 2 bağ evi, “İnfiniti” və “Limuzin” avtomobilləri miras qalıb.

“İlhamə xanımın iki bağı var. Biri Mərdəkanda dövlət tərəfindən verilmiş, digəri isə Buzovna yolunun üstündə. 50 sot sənədli torpağı olub. Bakının mərkəzində 4 evi var. Onlardan biri vaxtı ilə Tükəzban xanımın İzmir küçəsində yaşadığı evdir. Nəvəsinə də ev almışdı. Hətta ölməmişdən qabaq mənə evlərin açarını göstərdi. Dedi ki, nəvəm Ruslana 2 otaqlı ev almışam. Ad günündə özünə təqdim edəcəm. Bundan başqa, onun 2 maşını var. Biri “İnfiniti” digəri isə “Luimizin”. Çox sayda da qızıl-zinət əşyaları var”-deyə mərhumənin vəkili Elmira Məmmədova müsahibəsində bildirib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti