`Əli Həsənovun fəaliyyətinə kölgə salmaq istədilər`

`Əli Həsənovun fəaliyyətinə kölgə salmaq istədilər`
  25 İyul 2013    Oxunub:1078
Millət vəkili, YAP-ın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə 156-cı mənzilin Sona Vəliyevaya verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
AzVision.az xəbər verir ki, deputat Sona xanım Vəliyevanın Azərbaycanın dəyərli xanım ziyalılarından biri olduğunu vurğulayıb.

`Bu gün internet qəzetlərində jurnalistlər üçün tikilən binadakı boş qalan mənzilin "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyevaya verilməsi barədə məlumat yayıldı. Heç bir mənbəyə əsaslanmayan şaiyə bir anda sosial şəbəkənin bir nömrəli mövzusuna çevrildi.

Şaiyəni elə Sona xanımın özü təkzib elədi. O bildirdi ki, "jurnalistlərin evindəki nəinki 156-cı, ümumiyyətlə heç bir mənzilin mənə aidiyyəti yoxdur. Bizim mənzilimiz var və başqasına da ehtiyac duymuruq".

Şaiyə, daha doğrusu təxribat bir anda ifşa olundu, çirkin məqsəd güdənlər öz məqsədlərinə çata bilmədilər.

Təxribat formaları isə artıq bir müddətdir ki, dövriyyəyə buraxılır. Məqsəd ölkə Prezidenti tərəfindən atılmış böyük humanist addımının, jurnalistlər üçün binanın təhvil verilməsinin, orada müxtəlif siyasi əqidəli insanların mənzil almasının əhəmiyyətini azaltmaqdan ibarətdir.

Bu təxriba eyni zamanda, Sona xanımın həyat yoldaşı, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun fəaliyyətinə kölgə salmaq məqsədi də daşıyır. Bəlkə də bu dezinformasiyanı mətbuata buraxanın özünə Əli müəllimin dəfələrlə yaxşılığı dəyibdir.

Hesab edirəm ki, siyasi mübarizədə bu cür hərəkətlər yolverilməzdir. Həmçinin burada hörmətli Sona xanımın adının yersiz hallandnğığ da baş verdi. Sona xanım Azərbaycan icitmai həyatında fəal iştirak edən, tanınmış ziyalı qadındır. Onun mətbuatla bağlılığı mətbuata ancaq müsbət təsir edir. Onun unsanu keyfiyyətləri də həmişə hörmət doğurub`.


Teqlər:  





Xəbər lenti