Millimiz Andorra ilə də bacarmadı

Millimiz Andorra ilə də bacarmadı
  27 May 2016    Oxunub:1803
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama matçını keçirib.
Robert Prosineçkinin komandası Andorra ilə qüvvəsini sınayıb. Març qolsuz bərabərliklə başa çatıb.

Bu, millimizin 2016-cı ildə ikinci oyunu olub. Komandamız mart ayında Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Qazaxıstana 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz növbəti oyununu mayın 29-da keçirəcək. Rəqib Makedoniya yığması olacaq.




Teqlər:





Xəbər lenti