Ramiz Mehdiyevin ideyası gerçəkləşdi
Trend-in məlumatına görə, kitab Heydər Əliyevin xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycanda Olimpiya Hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci ildönümünə ithaf edilir.
Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kitab haqqında məlumat verərək qeyd edib ki, kitabda Azərbaycan iqtidarının idman siyasəti və onun tərkib hissələri olan gənclərin inkişafına qayğı, ölkə vətəndaşlarının sağlamlığı, Azərbaycanın dünyaya təqdimatı və müasir imici məsələləri, Azərbaycanda idmanın inkişafına Heydər Əliyevin göstərdiyi qayğı və qoyduğu təməl, Prezident İlham Əliyevin idman sahəsində gördüyü işlərdən bəhs edilir.