Ötən günün ən mühüm xəbərləri - Nələr oldu?

Ötən günün ən mühüm xəbərləri - Nələr oldu?
  27 May 2016    Oxunub:1932
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 26-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

İrəvan sakini özünü yandırdı - FOTOLAR

İrəvanda paytaxt sakini özünü yandırıb.

***

`Neft 50 dollardan baha olmayacaq` - Deputat

“Neftin qiymətinin bu il ərzində 30-40 dollar səviyyəsində olacağını düşünürəm”. Bunu iqtisadçı deputat Vahid Əhmədov deyib.

***

Məmurun evindəki oğurluqla bağlı yeni faktlar

Yerli mətbuatda yayılan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Neftçala rayon Sosial Müdafiə Mərkəzinin sektor müdiri Elnur Bağırovun yaşadığı mənzildən oğurluq olub.



Leyla Əliyeva Londonda `Canlı həyat` sərgisində - Fotolar

Mayın 25-də Londonda IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə “Canlı həyat” (Live Life) adlı sərgi açılıb.

***

Ramazan ayı iyunun 7-də başlayır - Fətva

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclası keçirilib.

***

`Türkiyə müttəfiqimiz, Rusiya isə tərəfdaşımızdır` – Məmmədyarov

Azərbaycanın Türkiyə və Rusiya ilə münasibətləri demək olar ki, bütün sahələrdə dinamik inkişaf edir. Azərbaycan hər iki ölkə ilə əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət ayırır. Bu sözləri “Business Year-2016” jurnalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

***

Kaliforniyada erməni seksual manyak tutulub

Amerikanın Kaliforniya ştatının Qlendeyl şəhərində polis əməkdaşları yerli mağazada seksual təcavüzə cəhd etməkdə ittiham edilən şəxsi saxlayıb.

***

Ukraynada azərbaycanlı jurnalistlərə qarşı təxribat

Ukraynanın “Mirotvorec” saytı ölkəyə girişi qadağan edilmiş 239 jurnalistin adını açıqlayıb.



Bakıda kreativ toy - FOTOLAR

Bakıda qeyri-ad toy keçirilib.

***

Qarabağda erməni əsgər məhv edilib

Azərbaycanın işğal altında olan ərazilərdə xidmət aparan erməni əsgər öldürülüb.

***

İrəvanda dəhşətli qətl - Oğul evə görə atasını ödürdü

Ermənistan paytaxtı İrəvanda dəhşətli qətl hadisəsi baş verib.

***

Rza Zərrabın rüşvət verdiyi nazirlər: ABŞ-da şok faktlar açıqlandı

Mayamidə həbs olunan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın pul girovu müqabilində azadlığa çıxmaq istəyinin rədd edilməsi səbəbləri məlum olub.

***

İran Qarabağla bağlı mövqeyini açıqladı

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə olunmalıdır və danışıqlar yolu ilə sülhə nail olmaq lazımdır. Bunu İranın Ermənistandakı səfiri Seyid Kazım Sacadi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

***

Bakıda marşrut avtobuslarına kameralar quraşdırılır

Bakıda bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobuslarda müşahidə kameraları quraşdırılır.



Gülnarın əri etiraf etdi: `Onu mən öldürmüşəm`

Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan 23 yaşlı Gülnar Həbibovanın cəsədi şəhərin Petrodoveretsk rayonu yaxınlığında meşədən tapılıb.

***

`Vyana görüşü əlverişli imkan yaradıb` – Məmmədyarov

Nazir Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karol Kroftsu qəbul edib.

***

Ermənistanda əsgər hərbçi yoldaşını öldürdü

Ermənistan ordusu daha bir əsgərini itirib.

***

10 nəfər İlhamə Quliyevanın mirasını ələ keçirmək istəyir

“İlhamə Quliyevanın mirası üstündə 10 nəfər mübarizə aparır”. Bunu mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun vəkili Habil Vəliyev deyib.

***

Ermənistanın sabiq baş naziri: `46 ildir nüvə silahımız var`

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan yenidən Ermənistanda nüvə silahının olduğunu bildirib. Siyasətçi əlavə edib ki, bu silah ötən əsrin 70-ci illərindən Ermənistanda var.

***

Azərbaycanda ayı uşaq bağçasına hücum edib

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib.

***

Türkiyə təyyarəsi qəfil eniş etdi - Terror şübhəsi

İstanbuldan Londona uçan “Turkish Airlines” kompaniyasına məxsus təyyarə Belqrad şəhərində təcili eniş edib.



Ermənilərin dağıtdığı evlər təmir edilir - FOTOLAR

Ermənilərin dağıtdığı evlər təmir edilir.

***

XİN: `Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib`

“Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən yenə də Vyana görüşlərinin mahiyyəti təhrif edilir. Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev E.Nalbandyanın bəyanatını şərh edərkən deyib.

***

Ermənistanda kişilərin sayı azalır

Ermənistanın Statistika Xidmətinin yaydığı rəsmi məlumata görə, ölkə üzrə kişilərin sayı sürətlə azalır. Bunun əksinə əhalinin tərkibində qadınların sayı sürətlə artmaqdadır.

***

Rza Zərrabın var-dövləti açıqlandı - SİYAHI

Bir müddət əvvəl ABŞ-ın Mayami ştatında həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrabın var-dövlətinin siyahısı hazırlanıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti