Dövlət Agentliyinə sədr müavini təyin olundu

Dövlət Agentliyinə sədr müavini təyin olundu
  27 May 2016    Oxunub:3086
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini təyin edilib.
AzVision.az-ın trend-ə istinadən verdiyi məlumata görə, Agentliyə direktor müavini Bayramova Nigar Yusif qızı təyin edilib.

O, 1980-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə mühasib kimi başlayıb, 2010-2016-ci illərdə "PAŞA Sığorta" ASC-də baş mühasib vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayından etibarən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə - mühasibat şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.

AzVision.az


Teqlər:






Xəbər lenti