Rus səfir Bakıdan Türkiyəyə mesaj göndərdi

Rus səfir Bakıdan Türkiyəyə mesaj göndərdi
  27 May 2016    Oxunub:2157
“Türkiyə ilə Rusiya arasında yaşanan gərginlik ölkəmizin Azərbaycanla münasibətlərinə mənfi təsir etmir”.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.

Səfirin sözlərinə görə, rəsmi Moskva Azərbaycanın bu məsələdə ölçülü siyasətini yüksək qiymətləndirir: “Bizim əməkdaşlığımız sınağa davam gətirdi. Mənim Azərbaycanda yüksək vəzifəli həmsöhbətlərimdən biri dedi ki, “biz Rusiya və Türkiyə arasında baş verənlərə görə sizdən daha çox narahatlıq keçiririk”. Hesab edirəm ki, o mübaliğə etməyib. Azərbaycan üçün nəinki iki yaxın ölkə arasında münaqişəni görmək emosional şəkildə ağrılıdır, həm də o, düzgün praktik addımlar atmalıdır. Tarixi oxuyanlar yaxşı bilir ki, Rusiya-Türkiyə münasibətləri hər zaman mürəkkəb olub. Bir neçə müharibələr olub. Düzdür, sonradan biz həmişə barışmışıq. Ümid edirəm ki, hazırki vəziyyətdə də belə olacaq. Hər şey Türkiyə tərəfindən asılıdır. Onlar nə etməli olduqlarını bilirlər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti