`Ermənistan Rusiyanı seçdi, Azərbaycan isə...` - Doroxin

`Ermənistan Rusiyanı seçdi, Azərbaycan isə...` -  Doroxin
  27 May 2016    Oxunub:3961
“Rusiyanın Azərbaycan və Ermənistan arasında əlaqələri tarixən müxtəlif formada qurulub”
AzVision.az xəbər verr ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.

Səfir Rusiyanın Azərbaycan və Ermənistanla tarixi əlaqələrindən söz açıb: “Burada etnik, dini, mədəni faktorlar önəmli rol oynayır. Bu faktorlar arasında ən böyük əhəmiyyətə malik olan siyasət və iqtisadiyyatdır. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqi olmağa, ölkəmizlə dərin iqtisadi inteqrasiyaya daxil olmağa qərar verdi. Azərbaycan isə digər modeli – hərbi-siyasi və iqtisadi öhdəliklər olmayan modeli seçdi.

Biz hər iki seçimə hörmət yanaşırıq. Həm Azərbaycan, həm də Ermənistan bizim üçün önəmlidir. Biz Azərbaycanla Ermənistana qarşı və ya əksinə dostluq etmirik. Biz Rusiyanın ermənilər və azərbaycanlıların problemlərinin həll edildiyi yer olmasını istəmirik. Bizim dövlət siyasətimiz məhz buna istiqamətlənib. Rusların azərbaycanlılara ermənilərə nisbətən pis münasibət bəsləməsi barədə fikirlər isə sadəcə emosiyalardır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti