Zəlimxan Yaqubdan xəbər var

Zəlimxan Yaqubdan xəbər var
  26 İyul 2013    Oxunub:1111
Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik əsərləri külliyyatının sonuncu – 13-cü cildi bu günlərdə nəşr olunub. Çoxcildliyi tərtib edən və redaktoru Musa Nəbioğludur. O bildirib ki, ilk 7 cilddə şairin müxtəlif mövzularda şeirləri, VII-XI cildlərdə 40 poeması, XII-XIII cildlərdə isə Zəlimxan Yaqubun görkəmli ictimai-siyasi və dövlət xadimlərinə müraciətləri, məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sə­nət adam­la­rına açıq məktubları, onlar haqqında xati­rələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, ozan-aşıq sənəti ilə bağlı fikirləri və ictimai-siyasi həyatı­mı­zın digər sahələrinə həsr olunmuş ak­tu­al yazıları top­lan­ıb.

Çoxcildlik “Şərq-qərb” nəşriyyatında böyük zövqlə, nəfis tərtibatda nəşr olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti