`Azərbaycan böyük nailiyyətlər əldə edib` - Kristian Viqenin
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütöv bir regionun təhlükəsizliyini təhdid etməklə yanaşı, dinc əhalinin həyatı üçün də böyük təhlükə yaratdığını söyləyib. O vurğulayıb ki, aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bunu bir daha göstərdi. Son hadisələr zamanı Ermənistanın hərbi təxribatlarına Azərbaycan tərəfinin layiqli cavab verməsi səbəbindən bu münaqişə yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib. Oqtay Əsədov mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirlərinin, qrupun həmsədrlərinin iştirakı ilə keçirilən görüşünün əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi də öz səlahiyyətləri çərçivəsində bu prosesə müsbət təsir göstərə bilər.
Kristian Viqenin ölkəmizə səfərinin Azərbaycanın milli bayramı – Respublika Gününə təsadüf etdiyini vurğulayaraq bu münasibətlə xalqımızı təbrik edib. O deyib ki, Azərbaycan müstəqillik illərində böyük nailiyyətlər əldə edib. Daha böyük uğurlar əldə etmək üçün isə Dağlıq Qarabağ kimi problemin aradan qalxmasına ehtiyac var.
Qonaq səfərin məqsədinin ATƏT PA-nın nümayəndəsi kimi münaqişənin həlli ilə bağlı azərbaycanlı həmkarları ilə danışıqlar aparmaq, sülh prosesini sürətləndirmək məqsədilə görülə biləcək işlər barədə fikirlərini bölüşməkdən ibarət olduğunu söyləyib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


