Fatih Terim “Qalatasaray”a qayıdır
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, belə bir iddia ilə idman yazarı Serhat Uluören çıxış edib.
S.Uluören əminliklə vurğulayıb ki, təcrübəli baş məşqçi ilə “sarı qırmızılılar” arasında razılaşma əldə olunub: “Adını açıqlaya bilmədiyim klub idarəçilərindən biri dedi ki, razılaşma əldə olunub. Fatih Terim “Avro 2016”dan sonra “Qalatasaray”ı çalışdıracaq”
İddiaları sabiq “Qalatasaray”lı futbolçu Ergün Penbe də təsdiqləyib. O bildirib ki, klub rəhbərliyi ilə F.Terim arasında isti münasibətlər var və o, yenidən klubun sükanı arxasına keçə bilər.
Qeyd edək ki, F.Terimlə bağlı iddialar təsdiqini taparsa, bu “imperator”un “Qalatasaray”da dördüncü dönəminin başlandığı anlamına gələcək.
Kənan Məmmədov
AzVision.az