`Ronaldo finala tam hazırdır` – Zidan

  28 May 2016    Oxunub : 1422
`Ronaldo finala tam hazırdır` – Zidan
Finala yaxşı hazırlaşmışıq. Nəticəni bu oyuna münasibətimiz müəyyənləşdirəcək. Oyunçularımın çoxunda qələbə qazanmaq istəyi görürəm.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında "Atletiko" ilə oyun öncəsi deyib.

O, qarşılaşma ərzində yaxşı müdafiə olunmalı olduqlarını vurğulayıb: "Hücumda güclü qol silahlarımız var. Lakin müdafiədə də yaxşı oynamalıyıq".

Fransalı mütəxəssis final oyunun asan olmayacağını qeyd edib: “Çətin anlar yaşayacağıq. Bu normaldır. Çünki bu final oyunudur”.

Zidan hücumçu Kriştiano Ronaldonun "Atletiko" ilə oyuna tam hazır olduğunu deyib:" Ronaldo finala yüz faiz hazırdır. Kiçik problemi olsa belə, bunu Çempionlar Liqasının finalında unudacaq"

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: