Van Persi və Nani `Fənərbaxça”dan gedir

Van Persi və Nani `Fənərbaxça”dan gedir
  28 May 2016    Oxunub:1897
Mövsümü kuboksuz başa vuran Türkiyənin “Fənərbaxça” klubu istənilən oyunu sərgiləyə bilmədikləri üçün Van Persi, Nani, Dieqo kimi futbolçularla yollarını ayıra bilər.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Əziz Yıldırım sərfəli təklif edilərsə, adları qeyd olunan futbolçularla yolların ayrılacağını bildirib.

Bundan başqa Yıldıırm klubla müqaviləsi başa çatan Mehmet Topal və adı “Beşiktaş”la hallanan Gökhan Gönüllə danışqılar aparacaq. Lakin klub adları çəkilən futbolçuların transferində heç bir güzəştə getmək niyyətində deyil.

Klub prezidentinin bu gün baş məşqçi Viktor Pereyra ilə də görüşəcəyi gözlənilir. Görüş nəticəsində protuqaliyalı baş məşqçinin klubda qalıb-qalmayacağı dəqiqləşəcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti