BVF Misirə pul verməyəcək

BVF Misirə pul verməyəcək
  26 İyul 2013    Oxunub:1327
Beynəlxalq Valyuta Fondu (BVF) Misirdə yeni qurulan hökumətin beynəlxalq aləm tərəfindən tanınana qədər Qahirəyə pul ayırmayacağını bildirib.
AzVision.az məlumat verir ki, Beynəlxalq Valyuta Fondunun sözçüsü Vilyam Murrey bildirib ki, Misirə verilməsi nəzərdə tutulan 4,8 milyard dollarlıq kredit barədə ölkənin müvəqqəti hökuməti ilə danışıqlar aparılmayacaq.

Murrey hazırda Qahirə ilə rəsmi əlaqənin olmadığını söyləyib. “Fondun üzvləri Misir hökuməti barədə qəti qərara gələnədək onlarla əlaqəni yalnız texniki vasitələrlə quracağıq” – sözçü vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti