Ovanisyan - Sarkisyan müharibəsi qızışır

Ovanisyan - Sarkisyan müharibəsi qızışır
  23 Fevral 2013    Oxunub:1820
Ermənistanda çoxsaylı qanun pozuntuları ilə müşayət olunan prezident seçkilərindən sonra küçələrə çıxan müxalifət, prezident Serj Sarkisyanın istefasında israrlıdır.
Seçkidə rəsmi nəticələrə görə 37 faiz səslə 2-ci yeri tutan sabiq daxili işlər naziri Raffi Ovanesyanın ətrafında birləşən aksiyaçılar ötən gün axşam saatlarında yenidən Azadlıq meydanına axışıb. On minlərlə etirazçı "istefa" şüarları səsləndirərək Ovanesyanın kürsüyə çıxmasını alqışlayıb. Tərəfdarlarının istəyini yerə salmayan "İrs" partiyasını lideri isə Sarkisyanla keçirdiyi görüşün detallarına toxunub. O, bildirib ki, görüşdə dövlət başçısının qarşısına əsasən 3 şərt qoyub. Lakin bu şərtlərin heç biri qəbul edilməyib:

"Mən ona görüşə piyada gəldiyimi söylədim. Çünki mənim onun kimi kompleksim yoxdur. Mən bu xalqın içindən çıxmışam. Sarkisyana "şampan içib qələbəni qeyd etmək əvəzinə yenidən seçki keçirin" dedim. İkincisi, ona seçkidə saxtakarlıq etmiş rəhbər şəxsləri cəzalandırn dedim. Üçüncü şərt kimi isə parlamentin buraxılmasını qoydum. Təəssüf ki, bütün təklif və şərtlərimə "yox" cavabı eşitdim. Belə olan halda isə haqqımızı zorla almaqdan başqa çarəmiz yoxdur".

Ovanesyan aksiyaların bundan sonra daha geniş vüsət alacağını da sözlərinə əlavə edib. O bildirib ki, bu gün Aştarak, Vanadzor və Gümrüdə mitinqlər keçirərək tərəfdarlarını meydanlara səsləyəcək. Bazar günü isə ölkə ərazisində aksiyalara start veriləcək. Axşam baş tutan mitinqdə diqqət çəkən daha bir məqam isə digər müxalifət partiyalarının da Ovanesyana dəstək verməsi olub.

Mitinqdə Erməni Milli Konqresi, Erməni İnqilab Federasiyası Daşnakstyün və aclıq aksiyası ilə diqqətləri özündə cəmləyən Andres Qukasyan da iştirak edib. Daşnakstyün funksioneri Armen Rustamyan çıxış edərək bildirib ki, partiya olaraq xalqın yanındadırlar və rejimin devrilməsi üçün hər şey edəcəklər.


Teqlər:  





Xəbər lenti