Kondaliza Rays İvanişvilini istəmədi

Kondaliza Rays İvanişvilini istəmədi
  26 İyul 2013    Oxunub:1159
Kondaliza Raysın müşavirim olmasından məmnun olardım.
AzVision.az Interpressnews-a istinadən məlumat verir ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib ki, ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Raysın onun müşaviri olmasından məmnun olardı. İvanişvili K.Raysın onun müşaviri olması barədə məlumatı mətbuatdan eşitdiyini söyləyib.

“Kondaliza Rays kimi siyasətçinin müşavirim olmasından sevinərdim” – baş nazir məlumatın yanlış olduğunu bildirib.

Qeyd edək ki, K.Raysın Gürcüstanın baş nazirinin müşaviri olması barədə məlumat mətbuat vasitəsilə bildirilib. İnformasiya Gürcüstanın parlament üzvləri Tedo Caparidze və Tina Xidaşelinin ABŞ-a səfəri ərəfəsində Kondaliza Raysla görüşündən sonra yayılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti