Prezidentə təbriklər gəlməkdə davam edir

  30 May 2016    Oxunub : 1228
Prezidentə təbriklər gəlməkdə davam edir
Bəhreyn Kralı Həməd bin İsa Al-Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət arzulayır, Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və firavanlıq diləyirəm".

Bundan başqa İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov, "Özkaya Group" şirkəti idarə heyətinin sədri Osman Gezeker, Rusiya Federasiyasının Dağıstan Respublikası Dərbənd Rayon Bələdiyyə Administrasiyasının rəhbəri Məhəmməd Cəlilov da dövlət başçısına təbrik məktubu ünvanlayıb.

AzVision.az

Teqlər: