`Qara polkovnik`in oğlu azadlığa çıxdı
Azadlığa çıxan şəxslərin istintaqı isə bir müddət də uzadıla bilər. Vəkilin sözlərinə görə, bu cür praktika Azərbaycanda yeni sayıla bilər.
Qeyd edək ki, A.Hüseynov 2015-ci ilin may ayında saxlanılıb. O, 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir. A.Hüseynova Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.
“Riyad-Farm”ın icraçı direktoru A.Quliyev və Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri M.Mehdiyev də CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
AzVision.az