Ermənistanda etirazlar davam edir

  26 İyul 2013    Oxunub : 488
Ermənistanda etirazlar davam edir
Ermənistanda ictimai nəqliyyatda gediş haqqının artırırılmasına qarşı çıxan sakinlər artıq 7 gündür ki, küçələrə düşüblər.
Bu gün hökumət binasının qarşısına toplaşan etirazçılar, Sərkisyan administrasiyası əleyhinə şüarlar səsləndirib. Onların əsas tələbi ölkədə böyük qalmaqal yaradan gediş haqlarının azaldılmasıdır.

Hazırda Yerevan meri Taron Marqaryan avtobuslarda gediş haqqının artırılması prosesini müvəqqəti olaraq 2-3 aylığına dayandırıb. O, məsələyə yenidən baxılması və yekun qərar qəbul edilməsi üçün xüsusi komissiya yaradıldığını bilidirib.

Göründüyü kimi xalqın tələbini yerinə yetirmək niyyətində olmayan hökumət isə vaxt qazanmağa çalışır. Nəqliyyat naziri Artur Beqlaryan gələcəkdə gediş haqlarının artırılmasının 1-2 xətt avtobusuna şamil ediləcəyini bildirib. Beqlaryan qiymət artırımını da elə marşrut rəhbərlərinn üzərinə atıb. Bununla belə Ermənistanda hökumət evinin qaşrısında aksiya keçirən etirazçılar polisin müdaxiləsinə baxmayaraq, baş polis idarəsi istiqamətində yürüşə başlayıb. Onlar aksiyalar zamanı həbs edilənlərin azad edilməsini tələb edirlər.

S.Həsənova
AzVision.az

Teqlər: