7 nəfərdən biri Ağdaşın deputatı olacaq - Siyahı

7 nəfərdən biri Ağdaşın deputatı olacaq - Siyahı
  31 May 2016    Oxunub:3017
Mərkəzi Seçki Komissiyası iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə qeydə alınan namizədlərin tam siyahısı açıqlayıb.
Komissiyadan AzVision.az-a verilən xəbərə görə, təkrar seçkilərdə 7 qeydə alınmış namizəd mübarizə aparacaq.

90 saylı Ağdaş seçki dairəsi üzrə qeydə alınan namizədlərin tam siyahısını təqdim edirik:



Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti