Bu dəfə hamilələr dirəndi - FOTOLAR

Bu dəfə hamilələr dirəndi - FOTOLAR
  26 İyul 2013    Oxunub:1412
“Hamilə olarkən gəzmək ədəbsizlikdir, amma təcavüz yox?”
Türkiyənin TRT kanalında canlı yayımlanan “Ramazan sevinci” verilişində vəkil Ömer Tuğrul İnançerin hamilə qadınlar haqqında dediyi fikirlər ölkədə etiraza səbəb olub.

AzVision.az xəbər verir ki, vəkilin “hamilə qadının küçəyə çıxmağı tərbiyəsizlikdir” fikirlərinə etiraz edən qadınlar İstanbul şəhərinin Bəyoğlu bölgəsində aksiya keçirib.

Hamilə qadınlar, onların həyat yoldaşları və qarnına yastıq qoymuş digər vətəndaşların dəstək verdiyi “Diren hamile” adlı aksiya keçirib. Dinc yürüş keçirən aksiya iştirakçıları “Hamilə olarkən gəzmək ədəbsizlikdir, amma təcavüz yox”, “Gəzə-gəzə doğacağıq”, “Əlini, dilini bədənimdən çək”, “Hamımız hamiləyik, hamımız küçədəyik” şüarlarını səsləndirib.

Vəkilin fikirlərinə yalnız aksiya keçirənlər deyil məşhurlar da etiraz edib. Onların bir qismi hamilə olanda çəkilmiş fotolarını yenidən Twitter sosial şəbəkəsində paylaşıb. Hamilə olmayanlar isə qarınlarına yastıq qoyaraq şəkil çəkdirib və bu yolla vəkilə etirazlarını bildiriblər. Twitterdə etiraz edənlərin yartdığı #direnhamile haştəqi isə həm Türkiyədə, həm də dünyada birinci yerə çıxıb.

Twitterdə etiraz edən məşhurlar isə bunlardır:

Jurnalist Mehmet Coşkundeniz həyat yoldaşı hamilə ikən onunla çəkdirdiyi fotosunu paylaşıb və bu sözləri yazıb: “Həyat yoldaşımla hamililiyinə görə, uşaqlarımla həmişə qürur duyuram”.

Müğənni Gülben Ergen isə hamilə olanda çəkdirdiyi fotosunu bu sözləri yazraq paylaşıb: “Bir də dünyaya gəlsəm hamilə olduğum günləri yaşamaq istəyərəm. Onlar allaha ən yaxın olduğum günlər idi...”

Müğənni Suavinin həyat yoldaşı Gönül Sayqan da hamiləlik fotosunu paylaşıb və “Mən də utanmadan bu vəziyyətdə küçəyə çıxmışam” sözlərini yazıb.

Modelyer Özgür Mansur qarnına yastıq qoyaraq özünü hamilə qadına bənzədib və şəklini paylaşıb. Başqa bir modelyer Barbaros Şansal da eyni addımı atıb.

Fatimə KƏRİMLİ

Qalereya




Teqlər:  





Xəbər lenti