Bakının qeyri-adi baş daşları: Maşın, qayçı, mişar (VİDEO)
“Qozbel Tofiq” kimi tanınan mərhumun qəbir daşında mişar şəkli əks olunub.
Daraq və qayçını görən şəxs isə mərhumun vaxtilə bərbər olduğunu anlayır.
Hələ bu harasıdır. Çoban olduğu üçün baş daşına qoyunla rəsmini yerləşdirənlər də var.
Molla Seyidqulu Quliyevin sözlərinə görə, bu qəbirlər digərlərindən çox diqqət çəkir. Məhz bu səbəbdən də qəbiristanlığa ziyarətə gələnlər onların şəxsiyyətləri ilə maraqlanırlar. Bununla belə, bu ənənə artıq tarixə qovuşub. İndi insanlar diqqət çəkmək üçün dəbdəbəli qəbirlərə üstünlük verirlər.
AzVision.az