Yaşı 23-dən az olanlar avtobus sürə bilməyəcək

Yaşı 23-dən az olanlar avtobus sürə bilməyəcək
  01 İyun 2016    Oxunub:1578
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
AzVision.az xəbər verir ki, baş nazir Artur Rasi-zadə bu barədə qərarı imzalayıb.
Qərara əsasən, avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti