Şuşadan gələn məktub, Ərdoğan `yox` dedi

  01 İyun 2016    Oxunub : 3596
Şuşadan gələn məktub, Ərdoğan `yox` dedi
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 31-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Canavarlar İsmayıllı sakininin üzünü parçaladı

İsmayıllı rayonunun Mücəftəran kəndi canavarların hücumuna məruz qalıb.

***

Zakir Həsənovun Türkiyə səfəri davam edir - FOTOLAR

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfəri davam edir.

***

`Bu qanunun qəbul edilməsi əks effekt yarada bilər` - Əli Həsənov

"Azərbaycanda fikir, söz və mətbuat azadlığının təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. Bu gün əminliklə demək olar ki, Azərbaycanda medianın palitrası artıq tam formlaşıb". Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

***

Erməni general və iki polkovnik həbs edildi

Aprel döyüşlərindən sonra vəzifələrindən azad olunan Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib.

***

Azərbaycanda dələduzluq və oğurluq niyə artır?

Son günlər Azərbaycanda dələduzluq və oğurluq hallarının artması müşahidə olunur. Tanınmış şəxslərin dələduzların “qurbanı”na çevrilməsi haqda mətbuatda tez-tez xəbərlərə rast gəlinir. Buna səbəb nədir? Azərbaycan dələduzluq və oğurluq niyə artır?



Türkiyə AvropaABŞ-ın hədəfində: Hərbçilər PKK-ya qoşulur (FOTOLAR)

PKK qruplaşmasının Suriyadakı qolu "PYD"-yə 1 300 əcnəbinin qoşulduğu təsbit edilib.

***

Cavid Hüseynova hökm oxundu - 4 il həbs

Səbail Rayon Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

***

Rza Zərrab Ebruya bağışladığı villanı əlindən aldı

ABŞ-ın Mayami ştatında həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeşə hədiyyə etdiyi qoşa iqamətgahı onun əlindən alıb.

***

Ermənistanda Rusiyaya görə qaz ucuzlaşır

Bu ilin avqust ayının birindən etibarən Ermənistanda qaz tarifləri aşağı salınacaq.

***

Qulağı kəsilən kişi ilə bağlı şok fakt: `Qızıma təcavüz etmək istəyib`

Bir neçə gün öncə Lerik rayonunda dəhşətli cinayət hadisəsi baş veirb. Veri kənd sakini 72 yaşlı Hüseyn İsiyevin evinə hücum edən şəxslər balta ilə ona çoxsaylı xəsarət yetirib, 37 yaşlı oğlu Rəfael İsiyevin isə hər iki qulağını kəsiblər. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.



İlham Əliyev səfirlə Qarabağı müzakirə etdi

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Kroftsun etimadnaməsini qəbul edib.

***

Milli Məclisdə qeyri-adi iclas: Deputatlar uşaqlarla bir arada

Milli Məclisin sədri Oqtay Əsədov bütün Azərbaycan uşaqlarını 1 iyun- uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə təbrik edib.

***

Dövlət büdcəsi hara xərclənib?

Milli Məcslisin iclasında "Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsinə başlanılıb.



Zakir Həsənov Ərdoğanla birgə hərbi təlimdə - FOTOLAR (VİDEO)

Türkiyənin İzmir şəhərində Azərbaycanın da iştirak etdiyi "Efes-2016" beynəlxalq təlimləri davam edir.

***

Bakıda 14 yaşlı oğlanı oğurlayıb, 20 min istədilər

Bakıda 14 yaşlı oğlan oğurlanıb.

***

Rusiya Xəzər dənizində hərbi fəallığını artırdı

Qara Dəniz və Xəzər donanmaları gəmilərinin dəniz səfərlərinin intensivliyi 1,7 dəfə artıb.

***

AZAL-ın dövlətə 650 milyondan çox borcu var

“AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 milyon manatdan çoxdur”. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

***

Nazirdən səfirlərin pensiyaları ilə bağlı təklif

"Prezidentin təsdiq etdiyi pensiya islahatına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtda Nazirlər Kabineti tərəfindən prezidentə təqdim ediləcək”. Bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

***

`Qara polkovnik`in oğlu azadlığa çıxdı

Azərbaycan Beynəlxalq Bankı” ASC-in işi üzrə həbs olunan 3 nəfər barəsində həbs-qətimkan tədbiri dəyişidirilib.

***

Universitetlərdə imtahanların vaxtı dəyişdirildi

Bu il Bakıda keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar olaraq paytaxtdakı ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtı dəyişdirilib.

***

`Narahat olmayın, hələ ki sağam` - Dilqəm Əsgərov

Bir neçə gün öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

NATO 2 2Pic.jpg"/>

NATO-da ermənilərin `çirkli bombası`ndan danışıldı

“Mayın 16-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi, iyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik”.

***

Regionun `saatlı bomba`sı - `Metsamor` haqda bilmədiklərimiz

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının gələcəkdə doğura biləcəyi fəsadlar barədə dünya ölkələrinin KİV-lərinə müxtəlif məlumatlar dərc olunur. Bu məsələ bir çox nüfuzlu Beynəlxalq Təşkilatlarda müzakirəyə çıxarılsada, məsələnin həlli, nəinki ilbəil uzanır, problemin həll variantı, hətta əlçatmaz görünür.



`Armenian Power`: ABŞ-ın məşhur erməni mafiyası ilə Sarkisyanı nə bağlayır? – DOSYE

Ermənistan Respublikasının dövlət səviyyəsində terroru dəstəkləməsinə aid kifayət qədər faktlar var. Bunlardan biri də Ermənistan hakimiyyətinin ABŞ-da fəaliyyət göstərən «Erməni gücü» (Armenian Power) adlı qruplaşma ilə əlaqəsidir.

***

Erməni generallar həbs ediləcək - Anons verildi

“Orduda müəyyən çatışmazlıqlar var və bu çatışmazlıqlara cavabdeh olan şəxslər həbs olunmalıdır”. Bunu hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının həbs olunması faktını şərh edərkən bildirib.

***

Qarabağda erməni əsgəri məhv edilib

Mayın 25-də cəbhə xəttində meyiti tapılan erməni hərbi qulluqçu Vaqe Yeqonyanın ölüm səbəbi açıqlanıb.

***

7 nəfərdən biri Ağdaşın deputatı olacaq - Siyahı

Mərkəzi Seçki Komissiyası iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə qeydə alınan namizədlərin tam siyahısı açıqlayıb.

***

Zaqatalada xüsusi əməliyyat: Vəzifəli şəxslər saxlanıldı

Zaqatalada xüsusi əməliyyat keçirilib.



`Dünyanı yönəldən qurum` – Bilderberq Klubu Almaniyada toplaşır

Məşhur "Bilderberq klubu" iyunun ayının 9-12 tarixilərində Almaniyada toplaşacaq. Klub üzvlərinin Drezden şəhərində bir araya gələcəkləri güman olunur.

***

Ərdoğan Putinin barışıq şərtini qəbul etmədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəsmilərinin ölkələr arasında barışığın əldə olunması üçün irəli sürdüyü şərtlərə münasibət bildirib.

***

Dilqəm Əsgərovun ailəsi prezidentə müraciət etdi

Kəlbəcər rayonunda erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailəsi prezident İlham Əliyevə müraciət edib.

***

Daha bir intihar: 22 yaşlı qız özünü asdı

Gəncədə intihar hadisəsi baş verib.

***

`Ermənistan Qarabağın işğalına son qoymalıdır` - Martin Şults

“Ermənistan işğal elədiyi Azərbaycan torpaqalarını azad etməlidir”. Bu barədə Avropa Parlamentinin spikeri Martin Şults Dünya Azərbaycanlıları Assambleyasının apreldəki hərbi toqquşmalarla bağlı müraciəti ilə bağlı cavab məktubunda yazıb. Avropalı siyasətçinin məktubu Assambleyanın təşəbbüs qrupunun rəhbəri Rəşid Quliyevə ünvanlanıb.

***

Məmmədyarovla Nalbandyanın görüşü ləğv olundu

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Edvard Nalbandyanın iyunda gözlənilən görüşü baş tutmayacaq.

***

Bağ evlərinin kirayə qiymətləri - Ayı 12 min manata

Yay mövsümünün gəlişi ilə əlaqədar Bakıda bağ evi kirayə götürmək istəyənlərin sayında artım müşahidə olunur. Çoxlarının şəxsi bağı olsa da, paytaxt sakinlərinin bir qismi dincəlmək üçün Bakıətrafı qəsəbələrə üz tutmalı olurlar. Bəs qiymətlər necədir?



Bakının qeyri-adi baş daşları: Maşın, qayçı, mişar (VİDEO)

Novxanı kənd qəbirstanlığında bir neçə qəbir qeyri-adiliyi ilə seçilir. Dünyasını dəyişmiş şəxslərin peşələri onların qəbir daşlarında həkk olunub. Hətta elə qəbir var ki, mərhumun peşəsinə uyğun abidə qoyulub.

***

`Azərbaycan bizim mövqeləri bir saata tutdu` - Samvel Babayan

“Mən aprel insidentini ildırımsürətli hücum və ya müharibə adlandırmazdım. Bu “təxribatçı”. hərəkət idi və düşmən gözlənilmədən uğur əldə etdi”. Belə bir bəyanatla “DQR”-in sabiq “müdafiə naziri”, "Samo" ləqəbli Samvel Babayan çıxış edib.

***

Erməni general və 2 polkovniki 8 il həbs gözləyir

Ermənistanın İstintaq Komitəsi ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin saxlanılmasına dair iş üzrə təfərrüatları açıqlayıb.

***

`Çinlə əməkdaşlığa böyük önəm veririk` - İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az

Teqlər: