Obama və Kameron Bakıya məktub göndərdi

Obama və Kameron Bakıya məktub göndərdi
  01 İyun 2016    Oxunub:2464
İyunun 1-də Bakıda XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışı olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə “ITE Group Plc” şirkətinin nümayəndəsi Endryu Vud çıxış edərək mərasim iştirakçılarını salamladı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Sonra ABŞ dövlət katibinin köməkçisinin müavini xanım Robin Dunnigan çıxış edərək Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın məktubunu oxudu.

Böyük Britaniyanın Baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson çıxış edərək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun məktubunu oxudu.

Çıxışlardan sonra dövlətimizin başçısı sərgi ilə tanış oldu.

AzVision.az


Teqlər:  





Xəbər lenti